RU

Ukraynalı deputatlar: Bakıda yanvar qırğını heç vaxt təkrarlanmamalı olan dəhşətli hadisədir

Bir neçə qanlı inqilabdan sağ çıxan və müharibəyə məruz qalan ukraynalılar, Azərbaycanla birlikdə həlak olanların xatirəsini ehtiramla yad edir.

"Far.Az"un Şərqi Avropa bürosuna bu barədə Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı Yuri Kamelçuk bildirib.

O qeyd edib ki, bu gün azərbaycanlılar 1990-cı ildə Sovet qoşunlarının hücumu nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər:

"Bakıda yanvar qırğını heç vaxt təkrarlanmamalı olan dəhşətli hadisələrin ən başlıcasıdır. Ukrayna da, Azərbaycan da düzgün sülhsevər mövqe tutur. Tarixən daima şər imperiyaları tərəfindən müstəqilliklərinə qarşı hücuma məruz qalıblar”, - deyə, o əlavə edib.

Ali Radanım digər deputatı Yelizaveta Yasko isə "Far.Az"a bildirib ki, Kreml o vaxt, ənənəsini dava etdirərək "asayişin bərpası" adı altında Bakıda dinc insanları qırıb:

"Bunu daha əvvəl Tblisidə, Almatıda, ondan da əvvəl Budapeştdə etmişdi. Çünki, Moskva inanırdı ki, (və təəssüf ki, hələ də inanır) o, qonşu ölkələrdə kimin necə yaşamağına qərar vermək hüququna malikdir. Faciəli Qara Yanvar hadisələrindən əvvəl sovet rəhbərliyi Almatı və Tiflisdə, ondan sonra isə Vilnüs və Riqada artıq kobud güc tətbiq etmişdi. İmperiya ideyasının iflası fonunda milli hərəkatları kobud güclə yatırmaq cəhdi uğursuzluğa düçar oldu".

Radanın deputatı bu yaddaqalan tarixdə Azərbaycan xalqına və rəhbərliyinə başsağlığı verdiyini, Qara Yanvarın bir daha təkrarlanmaması üçün onlara xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzudığını deyib.

Избранный
4
30
far.az

10Источники