RU

İş tapmaq üçün xarici şirkətə müraciət etdi, adına 200 min manat vergi və kredit gəldi... VİDEO

İş üçün müraciət etdi, müxtəlif sənədlərə qol çəkdi, hər şeydən xəbərsiz tora düşdü…

Xezerxeber.az xəbər verir ki, hadisə Göyçay sakini Hüseyn Şəmiyevin başına gəlib. O, bir müddət öncə tanışları ilə birgə xarici şirkətlərin birində işə düzəlmək istəyib. Onlar bunun üçün müəyyən sənədləri toplayaraq işədüzəltmə ilə məşğul olan həmin şirkətə təqdim ediblər. Müraciət zamanı həmin vətəndaşlar bəzi sənədlərə imzalar da atıblar. Elə hər şey də o vaxtdan başlayıb.

Hüseyn Şəmiyevin  iddiasına görə, onun həmin borclarla heç bir əlaqəsi yoxdur və aidiyyəti qurumlardan kömək istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan "Xəzər Xəbər"-ə bildirildi ki, Göyçay rayon sakini Hüseyin Şəmiyevin polisə hər hansı bir rəsmi müraciəti daxil olmayıb. Müraciət olunacağı təqdirdə müvafiq araşdırma aparılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
33
47
xezerxeber.az

10Источники