RU

Donald Trampın diqqət çəkən sərt bəyanatları

ABŞ prezidenti Donald Trampın jurnalistlər qarşısında verdiyi bəyanatları:

– BRİKS ölkələrinə ən azı 100% ticarət tarifləri tətbiq oluna bilər;

– Rusiyaya qarşı sanksiyalar Ukraynada müharibə bitənə qədər qüvvədə qala bilər;

– Fevralın 1-dən Kanada və Meksikadan gələn bütün mallara 25% rüsumun tətbiqi planlaşdırılır;

– Xarici siyasətdə prioritet ABŞ-ın təhlükəsizliyini təmin etmək olacaq;

– NATO ölkələri ÜDM-in 5%-ni müdafiəyə xərcləməlidir;

– Aİ ölkələri ABŞ-dan daha çox neft və qaz almalıdır, əks halda yeni rüsumlar tətbiq oluna bilər.

Jurnalist: “Ukraynadakı müharibəni bir günə bitirəcəyinizi dediniz”.

Tramp: “Cəmi yarım gün keçib. Hələ yarım günüm var. Baxarığ. Biz hər şeyi bitirmək istəyirik”.

“Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq”: Putin müqavilə bağlamaqdan imtina edərək Rusiya Federasiyasını məhv edir. O, razılığa gəlməlidir, ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, Zelenski nizamlanma razılaşmasına sadiqdir.

Избранный
8
14
busaat.az

10Источники