“Avropa İttifaqı Amerika ilə ticarət danışıqları aparmağa hazırdır və bu danışıqlarda öz maraqlarını müdafiə edəcək”.
Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Davosda keçirilən forumda bildirib.
"Bizim birinci prioritetimiz ilk mərhələdə ümumi maraqları müzakirə etmək və danışıqlara hazır olmaqdır" deyə o, qeyd edib.
"Biz praqmatik olacağıq, həmişə öz prinsiplərimizi müdafiə edəcəyik. Maraqlarımızı qorumaq və dəyərlərimizə riayət etmək niyyətindəyik", - deyə o vurğulayıb.
Avropa Komissiyasının sədri, həmçinin ABŞ və Aİ iqtisadiyyatlarının "sıx əlaqədə" olduğuna diqqət çəkib.
Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp dünən jurnalistlərə açıqlamasında Avropa İttifaqına qarşı tələblər irəli sürüb. O, qeyd edib ki, əgər Aİ əlavə gömrük tarifləri istəmirsə, ABŞ-dan daha çox neft və mayeləşdirilmiş təbii qaz (LNG) almalıdır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта