AZ

ABŞ Kolumbiya mallarının idxalına əlavə rüsumlar tətbiq edəcək


ABŞ hökuməti miqrantları qəbul etməkdən imtina etdiyi üçün Kolumbiyadan idxal olunan mallara 25% rüsum tətbiq edəcək.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth” hesabında bildirib.

"ABŞ-a Kolumbiyadan daxil olan bütün mallara 25% fövqəladə rüsumlar. Bir həftə ərzində 25%-lik rüsumlar 50% -ə qədər artırılacaq", - deyə o bildirib.

Həmçinin ​​Kolumbiyanın xəzinə, bank və maliyyə sektorlarına sanksiya tətbiqi nəzərdə tutulub. Bundan əlavə, Birləşmiş Ştatlar Kolumbiya rəsmilərinin və digər rəsmilərin ölkəyə girişinə məhdudiyyətlər,"Kolumbiya hökumətinin tərəfdarları” üçün viza məhdudiyyətləri tətbiq edəcək. ABŞ prezidenti həmçinin "milli təhlükəsizlik səbəbi ilə” Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük nəzarətini gücləndirməyi əmr edib.

"Bu tədbirlər sadəcə başlanğıcdır”, - deyə Tramp bildirib.

www.anews.az
Seçilən
17
26
anews.az

10Mənbələr