AZ

Tramp Avropa İttifaqı liderlərinə məhəl qoymadı - "Politico"

ABŞ prezidenti Donald Trampın administrasiyasının münasibəti Aİ rəsmilərinə “soyuq duş” olub.

“İki sahil” xəbər verir ki,  bu barədə “Politico” nəşri məlumat yayıb.

Jurnalistlər Trampın andiçmə mərasiminə Avropa İttifaqının bir dənə də olsun yüksək rütbəli nümayəndəsinin dəvət edilməməsinə diqqət çəkib.

Onlar Tramp administrasiyasının Aİ nümayəndələri ilə qarşılıqlı əlaqədə maraqlı olmadığını istisna etmirlər.

Məqalədə deyilir: "Soyuq duş: Bu, Avropa Komissiyasının sədri Ursula von der Leyen və digər yüksək rütbəli Aİ rəsmilərinin Bayden administrasiyası ilə olan dostluq münasibətlərindən köklü şəkildə ayrılır".

Seçilən
16
31
ikisahil.az

10Mənbələr