ABŞ Prezidenti Donald Tramp COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyinə görə xidmətdən tərxis olunan hərbi qulluqçuların vəzifələrinə bərpa edilməsi haqqında sərəncam imzalayıb...
Poliqon xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, o, hərbidə gender radikalizminə son qoymaq və ABŞ Müdafiə Nazirliyində müxtəliflik, bərabərlik, inklüzivlik proqramlarını ləğv etmək üçün sərəncamlar imzalayıb.
Qeyd edək ki, Tramp keçmiş prezident Co Baydenin transseksualların ABŞ Silahlı Qüvvələrində xidmət etməsinə icazə verən 2021-ci il fərmanını ləğv etdi və həmçinin Pentaqona hərbçilərin cinsi şəxsiyyətinə görə işdən çıxarılmasını qadağan etdi. Bundan əlavə, Tramp ABŞ hökumətinin yalnız iki cinsi - kişi və qadını tanıyacağına dair sərəncam imzalayıb.
Poliqon.info