AZ

ABŞ yarımkeçiricilərin idxalına tariflər tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp ölkəsinin yarımkeçiricilər və əczaçılıq məhsullarının idxalına tariflər tətbiq edəcəyini bildirib...

Poliqon xəbər verir ki, Amerika prezidenti bu barədə Nümayəndələr Palatasında hakim Respublikaçılar Partiyasının fraksiyasında çıxışı zamanı bildirib.Prezidentin sözlərinə görə, ABŞ polad və bəzi digər mallara da rüsumlar tətbiq edə bilər.

“Yaxın vaxtlarda biz bu zəruri məhsulların istehsalını Amerika Birləşmiş Ştatlarına qaytarmaq üçün xaricdə istehsal olunan kompüter çiplərinə, yarımkeçiricilərə və əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik”, deyə Donald Tramp bildirib.

Tramp istehsalçıların ABŞ-ni tərk edərək Tayvana köçdüyünü vurğulayaraq, yarımkeçiricilərin təxminən 98 faizinin burada istehsal olunduğunu söyləyib.

“Biz onların geri qayıtmasını istəyirik”, deyə ABŞ prezidenti qeyd edib. Tramp qeyd edib ki, yeni administrasiya polad və bəzi digər sənaye növlərinə də tariflər tətbiq edəcək.

Xatırladaq ki, seçki kampaniyası zamanı Tramp ABŞ-yə bütün idxal mallarına 10% rüsum tətbiq edəcəyini vəd etmişdi. Bloomberg-in verdiyi məlumata görə, planlara tariflərin ayda 2-5% tədricən artırılması daxildir. Çin üçün tarif 60% ola bilər.

Poliqon.info

Seçilən
36
29
poliqon.info

10Mənbələr