AZ

ABŞ Kanada məhsullarına rüsumları artırır

Kanadanın xarici işlər naziri Melani Coli ABŞ-nin dövlət katibi Marko Rubio ilə mümkün rüsumların hər iki ölkənin sakinlərinə mənfi təsiri mövzusunu müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında məlumat paylaşılıb: “Zəng zamanı nazir Coli əsassız tariflərin həm kanadalılar, həm də amerikalılar üçün mənfi təsirinə toxunub”.  Dipıomatlar  digər məsələlərlə yanaşı, Kanada və ABŞ arasındakı əlaqələri də müzakirə ediblər.  Söhbət zamanı enerji təhlükəsizliyinin artırılmasına və iki dövlətin maraqlarını bölüşməyən tərəfdaşlardan asılılığın azaldılmasına maraq ifadə olunub.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
7
50
konkret.az

10Mənbələr