ABŞ-nin yeni təyin olunmuş dövlət katibi Marko Rubionun Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı olub. Söhbətdə Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyi müzakirə edilib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında belə deyilir.
Həmsöhbətlər ABŞ və Türkiyə arasındakı münasibətlərə və Suriyadakı vəziyyətə də toxunublar.
Elcan
Missiya.Az