ABŞ-ın yeni təyin olunmuş dövlət katibi Marko Rubio dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığında Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Dövlət Departamentinin mətbuat xidməti yayıb.
Həmsöhbətlər ABŞ və Türkiyə arasındakı münasibətlərə və Suriyadakı vəziyyətə də toxunublar.
Rəsmiyyə Şərifova,
KONKRET.az