Kanadanın xarici işlər naziri Melani Coli ABŞ-ın yeni dövlət katibi Marko Rubio ilə mümkün tariflərin hər iki ölkənin sakinlərinə mənfi təsirini müzakirə edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin departamentin saytında dərc olunmuş bəyanatında deyilir.
“Söhbət zamanı nazir Coli əsassız tariflərin həm kanadalılar, həm də amerikalılar üçün yarada biləcəyi mənfi təsirləri gündəmə gətirib”, - deyə məlumatda bildirilir.
Kanadanın xarici işlər naziri və dövlət katibi, digər məsələlərlə yanaşı, Kanada-ABŞ münasibətlərini və sərhədin hər iki tərəfində təhlükəsizliyin və rifahın artırılması yollarını müzakirə ediblər.
Söhbət zamanı enerji təhlükəsizliyinin artırılmasına və iki dövlətin maraqlarını bölüşməyən tərəfdaşlardan asılılığın azaldılmasına maraq ifadə olunub. Nazir Coli təsdiqlədi ki, Kanada bu ortaq məqsədə çatmaq üçün Birləşmiş Ştatların ehtiyac duyduğu resursları təmin etməyə hazırdır.
Ötən ilin dekabrında ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşündə demişdi ki, Kanada qeyri-qanuni mühacirlərə görə ABŞ-ın 51-ci ştatı ola bilər. Amerika prezidenti həmçinin Kanadanın baş nazirinə vəzifəyə gəldikdən dərhal sonra idxal mallarına 25% rüsum tətbiq etmək niyyətində olduğunu bildirib.
Əziz Mustafa, Oxuməni.az