AZ

Politoloq Trampın Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi ilə bağlı dediklərini izah edir

ABŞ silah baxımından Rusiya və Çinlə ayaqlaşa bilmək üçün nüvəsizləşdirmə sazişinə ehtiyac duyur.

 

Oxu24.com xəbər verir  ki,bunu News.ru-ya müsahibəsində politoloq Malek Dudakov Donald Trampın Vaşinqton və Moskva arasında nüvə silahı ilə bağlı razılığa gələ biləcəyi barədə sözlərini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, ABŞ-ın bu istiqamətdə fəaliyyətinə onun nüvə proqramındakı “böyük böhran” səbəb olub. Mütəxəssis qeyd edib ki, məsələ silah dərəcəli uranın və plutoniumun zənginləşdirilməsi ilə bağlı çətinliklərdən gedir.

 

“Nüvə sahəsində vaxtilə malik olduqları elmi-texniki potensial demək olar ki, tamamilə iflasa uğrayıb. Amerikalılar yaxşı başa düşürlər ki, bu yeni silahlanma yarışında həm Rusiyadan, həm də Çindən xeyli geri qalırlar”, - politoloq bildirib.

 

Dudakov hesab edir ki, Vaşinqton Rusiya və Çinin nüvə arsenallarına süni məhdudiyyətlər qoymaq və boşluqları azaltmaq üçün saziş bağlamağa çalışır. Politoloq bu məsələ ilə bağlı mümkün danışıqların heç bir nəticə verməyəcəyini proqnozlaşdırıb.

 

Bir gün əvvəl Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi ilə bağlı razılığa gələ biləcəyinə əmin olduğunu bildirib. O, Putinlə iki dövlətin nüvəsizləşdirilməsi üzərində işlədiyini və daha kiçik arsenala malik Çinə bənzər bir şey təklif edəcəklərini vurğulayıb.

 

Professor daha əvvəl Trampın Rusiya və Çini qarşıdurmalara salmaq cəhdinə diqqət çəkib.

 

Nigar

 

Seçilən
2
50
oxu24.com

10Mənbələr