![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/3/15/1/85eec52a-ae2a-4cd9-a3bd-06831a84b572/donuz-foto.jpg)
Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 3 min 103 baş donuz mövcud olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə donuzların sayı 2024-cü ildə 35,7% və ya 1 725 baş azalıb.
Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı bəzi rayonlarda 100% azalıb. Belə ki, 2023-cü ilin sonunda Naxçıvan Muxtar Respublikasında 640 baş donuz olduğu halda 2024-cü ilin sonunda Muxtar Respublikda bir baş da olsun donuz qalmayıb.
Bundan başqa Abşeron və Kürdəmir rayonlarında da donunzların sayı 100% azalıb. Donuzların sayı Xızı, Oğuz, Kəlbəcər və İsmayıllı rayonlarında isə artıb.
Son 2 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/21/1/eb7e4408-3b86-4da6-958e-fdedb00822a6/donuz-statistika.png)
Elnur Əli