RU

"Porto" baş məşqçisi ilə yollarını ayırdı - Təzminat verdi

Porto" baş məşqçisi Vitor Brunonu yola salıb.

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda uğursuz nəticələr göstərdiyi üçün klub 42 yaşlı portuqaliyalının müqaviləsinə xitam verib.

Portuqaliya nəhəngi müvəqqəti olaraq Xose Tavaresə tapşırılıb.

Qeyd edək ki, Vitor Bruno ötən ilin yayında "Porto"ya baş məşqçi təyin edilmişdi.

"Portu" Vitora 300 min avro təzminat ödəyib.

18 turdan sonra "Porto" Portuqaliya çempionatında 40 xalla 3-cü pillədədir.

Ağa Dadaşzadə


Избранный
15
50
news24.az

10Источники