RU

“Azərreyl” məğlub oldu, “Abşeron”dan qələbə

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, hər üç matç eyni gündə baş tutub.

Çempionatın lideri “Abşeron” aşkar autsayder UNEC-i sınağa çəkib. Tələbələr bu görüşdə güclü rəqibə ciddi müqavimət göstərə bilməyiblər.

Digər iki matçda turnir cədvəlindəki qonşular üz-üzə gəliblər. “Murov Az Terminal” gərgin mübarizədə keçən qarşılaşmada "Azərreyl"i məğlub edib. “Milli Aviasiya Akademiyası” isə “Gəncə”dən güclü olub.

Qeyd edək ki, matçlardan ikisi GİN-in Voleybol Mərkəzi, biri UNEC-in idman zalında baş tutacaq.

Yüksək Liqa

Qadınlar

VII tur

16:00. “Murov Az Terminal” - "Azərreyl" - 3:2 (25:22, 24:26, 25:27, 25:17, 15:13)

17:00. UNEC - “Abşeron” - 0:3 (8:25, 16:25, 9:25)

18:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə” - 3:0 (25:11, 26:24, 25:19)

Yüksək Liqa: “Neftçi” məğlub oldu

Gəncədə AVF-nin “1-ci dərəcə” məşqçi kursu start götürüb

"Neftçi" "Azərreyl"in qonağı olacaq

Azərbaycan çempionatında növbəti turun proqramı açıqlanıb

Azərbaycan çempionatında VI turun oyunları baş tutacaq

Избранный
25
50
apasport.az

10Источники