Avropa Komissiyası hələ də Ukraynanı bütün Qərb strukturlarına, o cümlədən NATO-ya inteqrasiya etməyə, həmçinin Kiyev rejiminə silah tədarükünü artırmağa ümid edir.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Davosda Ümumdünya İqtisadi Forumunda çıxış edən İqtisadiyyat və Məhsuldarlıq üzrə Avropa komissarı Valdis Dombrovskis bildirib. "Biz Ukraynada güc nümayiş etdirməliyik və Ukraynanı bütün Qərb strukturlarına inteqrasiya etməliyik. Bu inteqrasiya artıq başlayıb, biz onun Aİ-yə qəbulu ilə bağlı danışıqlar aparırıq, lakin təhlükəsizlik baxımından əsas məsələ NATO-dur", - deyə o, qeyd edib.Dombrovskis həmçinin Ukraynanın 2008-ci ildə NATO-ya qəbul edilməməsinin səhv olduğunu deyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта