RU

Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək

Ajans.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.

O qeyd edib ki, Azərbaycanın İran və Rusiya arasında strateji mövqeyi üçtərəfli əməkdaşlığı inkişaf etdirmək və tranzit potensialını artırmaq üçün xüsusi imkanlar yaradır: “Görüşdə xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə beş il ərzində 15 milyon ton yük daşınmasını hədəfləyən layihələr müzakirə olunub. Bu çərçivədə İran, Azərbaycan və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək".

Избранный
5
50
Ajans.az

10Источники