RU

“Bloomberg Philanthropies” Paris Sazişindən çıxdıqdan sonra ABŞ-ın iqlim üzrə üzvlük haqlarını ödəyəcək

Bakı, 23 yanvar, AZƏRTAC

Nyu-Yorkun sabiq meri Maykl Blumberqin “Bloomberg Philanthropies” xeyriyyə təşkilatı və Amerikanın digər sponsorları cümə axşamı, yanvarın 23-də bildiriblər ki, Prezident Donald Tramp ABŞ-ı Paris iqlim Sazişindən çıxmağa çağırdıqdan sonra onlar Birləşmiş Ştatların iqlim üzrə maliyyə öhdəliklərini ödəyəcəklər.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin yazdığına görə, BMT-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi olan Maykl Blumberq “Bloomberg Philanthropies”in ABŞ-ın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına illik borcu olan pul məbləğini bir daha ödəyəcəyini və Birləşmiş Ştatların həmin qurum qarşısında emissiya hesabatı üzrə öhdəliklərini yerinə yetirməsini təmin edəcəyini açıqlayıb.

Donald Tramp bazar ertəsi imzaladığı ilk sərəncamlardan birində planetin ikinci ən böyük hava çirkləndirici ölkəsi olan ABŞ-ı Paris iqlim Sazişindən çıxarıb və Vaşinqtonun iqlimlə bağlı bütün beynəlxalq maliyyə öhdəliklərini dayandırıb.

2024-cü ildə Birləşmiş Ştatlar UNFCCC katibliyinə 7,2 milyon avro məbləğində tələb olunan töhfəni ödəyib, həmçinin 2010-2023-cü illər üçün 3,4 milyon avroluq borcunu da bağlayıb.

Избранный
3
23
azertag.az

10Источники