Qəzza razılaşması təsdiqlənərsə, İsrailin Milli Təhlükəsizlik Naziri və “Otzma Yehudit” (Yəhudi Gücü) partiyasının lideri İtamar Ben-Qvir istefa verəcək.
Parol.az xəbər verir ki, bunu nazir özü keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, razılaşmaya İsrail və HAMAS arasında girovlarla bağlı razılaşma və Qəzza zolağında atəşkəs daxildir.