RU

“Qarabağ”la oyunda bəxtimiz gətirdi

"Nəticəyə görə futbolçularımla qürur duyuram. Çox gözəl oynadılar və bizə lazım olan 3 xalı qazandırdılar".

 

Modern.az xəbər verir ki, bu sözləri Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Xaralambous UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri VII tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

 

Qırx beş yaşlı mütəxəssis futbolda bəxt amilinin böyük rol oynadığını söyləyib: "Qarşılaşma olduqca çətin keçdi. Rəqibimiz güclü və keyfiyyətli kollektivdir. Baş məşqçi Qurban Qurbanova isə böyük hörmətim var. Bu klub onun rəhbərliyi altında avrokuboklarda yaxşı nəticələrə imza atıb. Komandam bu gün çox əziyyət çəkdi. Amma bu gün bəxtimiz də gətirdi və 3 qol vuraraq istəyimizə nail olduq".

 

O, komandasının əsas oyunçularının bu gün meydanda olmamasının görüşün nəticəsinə təsir göstərmədiyini bildirib: "Biz özümüzü bütün situasiyalara hazırlamışdıq. İtkilərimizin olmasına baxmayaraq, öz oyun üslubumuzu nümayiş etdirdik və qələbə qazandıq".

 

Qeyd edək ki, aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.

Избранный
5
50
modern.az

10Источники