RU

Azərbaycanın Ukrayna məsələsində obyektiv və ədalətli mövqe nümayiş etdirir

Davos İqtisadi forumunda prezident İlham Əliyev Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdü. Azərbaycan Rusiya -Ukrayna müharibəsində beynəlxalq hüquqa uyğun olaraq siyasi mövqeyini ortaya qoyub.

Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Rusiyanın Ukraynaya qarşı işğalına dəstək vermir. Məhz Azərbaycan Ukrayna ilə siyasi-iqtisadi və digər qarşılıq maraq kəsb edən sahələr üzrə əməkdaşlığı inkişaf etdirir. Prezidentlərin görüşündə AZAL təyyarəsinin müzakirə edilməsi, Kremlə mesajdır.

Bu görüş Azərbaycanın Ukrayna məsələsində obyektiv olduğunu göstərir. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir və bütün platformalarda siyasi dəstək verir.

Ukrayna Azərbaycan əlaqələri hər iki tərəfin milli maraqlarına cavab verir. Azərbaycan prezidenti Ukrayna prezidenti ilə daima təmasdadır və siyasi -humanitar dəstəyini əsirgəmir.

Qərbpərəst Ermənistanin baş naziri, nə də Gürcüstan hökumət başçısı, həmçinin digər üzv ölkələrin liderləri Ukrayna prezidenti ilə Rusiya görə məsafə saxlayır. Ukrayna işğalla mübarizə aparır. Böyük itkilər verir. Rusiya - Ukrayna müharibəsi regionun siyasi və hərbi nizamına ciddi təsir edir. Müharibənin Rusiyanin qələbəsi ilə sona çatması Azərbaycanin milli və təhlükəsizlik maraqlarına ciddi zərbədir.

Məhəmməd Əsədullazadə

visiontv.az



Избранный
12
50
visiontv.az

10Источники