RU

Tramp əmr verdi: Bu qadınlar kişi həbsxanasına göndərilsin

ABŞ prezidenti Donald Tramp transseksual qadınların kişi həbsxanalarında saxlanmasını tələb edən fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Nəşr bildirir ki, Trampın “Qadınların gender ideologiyasının ekstremizmindən qorunması və federal hökumətdə bioloji həqiqətin bərpası” adlı sərəncamı ABŞ federal həbsxanalarına göndərilib.

Sənəddə qeyd olunur ki, digər məsələlərlə yanaşı, cinsiyyətin dəyişdirilməsi ilə bağlı məhkumlara tibbi yardım da dayandırılacaq. Prezidentin fərmanında vurğulanır ki, “genderin bioloji reallığının kökünü kəsmək cəhdləri, əslində, qadınlara zərər verir, onları rifahdan, təhlükəsizlikdən və ləyaqətdən məhrum edir”. ABŞ Federal Həbsxanalar Bürosunun nümayəndələri bildiriblər ki, hazırda Amerika həbsxanalarında 1,5 minə yaxın transseksual qadın var.

Избранный
9
2
publika.az

10Источники