RU

Ukrayna müharibəsi 100 günə bitəcəkmi? - Rusiya XİN açıqladı

ABŞ-nin “realizmi olmadan” Ukraynadakı müharibəni 100 günə həll etmək mümkün deyil. 

“AzPolitika” xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Mən əvvəlcə anlamaq istərdim ki, Amerika tərəfi hansı əsasla nizamlanmaya doğru irəliləmək niyyətindədir. Əgər son günlər eşitdiyimiz siqnallara əsaslansaq, bu, 100 günə və ya daha çox müddətdə baş verməyəcək. Əgər Vaşinqtonun yanaşması daha real olarsa, o zaman ola bilsin ki, müəyyən bir proses başlayacaq, ancaq onun tempini bu gün də proqnozlaşdırmaq çətindir”, - Ryabkov bildirib.

Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Rusiyanın Ukraynaya qarşı müharibəsini 100 gün ərzində dayandırmağı tapşırdığını yazmışdı.

“AzPolitika.info”

Избранный
28
17
azpolitika.info

10Источники