RU

Deputat Dünya İqtisadi Forumunun əhəmiyyətindən danışdı

Dünya İqtisadi Forumu öz işini  başa çatdırır. Azərbaycan 55-ci Davos İqtisadi Forumunda da növbəti dəfə dünyanın diqqətində oldu. Dövlət başçısı İlham Əliyevin Forumun ilk günündə CGTN (China Global Television Network) telekanalına müsahibəsi, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər də bütün bunların bariz nümunəsidir. 

Forum çərçivəsində “COP30-a gedən yol” mövzusunda panel müzakirələrin aparılması da səbəbsiz deyildi. Dünyaya səs salan, eyni zamanda, ötən ilin noyabr ayında Azərbaycanı iki həftə dünyanın ekoloji mərkəzinə çevirən COP29 iqlim konfrasının nəticələri bu gün də müzakirə edilməkdə, bu debatlar zamanı uğurlu nəticələrin əldə edilməsində Azərbaycanın liderliyi  önə çəkilməkdədir. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın 2013-cü ildə Dünya İqtisadi Forumuna ev sahibliyi etməsi özündə bütün məqamları ehtiva etdi. Bu, ilk növbədə, Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrinin yüksələn xətlə inkişafını nümayiş etdirdi. Digər tərəfdən isə Azərbaycan dayanıqlı iqtisadi inkişaf modeli ilə daim dünyanın diqqətində olub və son vaxtlar bu istiqamətdə ölkəmizə maraq daha da artıb. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması beynəlxalq maliyyə qurulmlarının, o cümlədən Davos İqtisadi Forumunun hesabatlarında liderliyini qorumasını şərtləndirir. Azərbaycanın yüksək rəqabətqabilyyətli iqtisadiyyata malik olması  sözügedən  Forumun hesabatlarında da təqdir edilir.

Vüqar Rəhimzadə qeyd edib ki, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab Forumun 2013-cü ildə  Azərbaycanda keçirilməsini belə xarakterizə etmişdi ki,  Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Azərbaycanda çox böyük iqtisadi artım göstəriciləri qeydə alınır.  Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində də çox qabaqcıl ölkədir.

Təbii ki, Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. İndiyədək ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması uğurlu iqtisadi siyasətimizin  nəticəsidir. Bu vəsaitin 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Cənab İlham Əliyev  Prezident kimi fəaliyyətə başlayanda 2003-cü ildə ilk dəfə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji resurslarından asılılıq minimuma endirilməlidir. Bu gün həmin çağırışın artıq reallıqda öz əksini tapdığını görürük.

Milli Məclisin deputatı bildirib ki, hər il İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun ənənəvi olaraq keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin reallaşması yollarını müzakirə etməkdir.  İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu platforma dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərində dövrün aktual məsələləri ətrafında  geniş müzakirələr aparıldı. Forum hər il dövrün çağırışlarına uğyun mövzu ətrafında  müzakirələrin aparılmasına imkanlar yaradır. Ötən il “Etibarın bərpası”na çağırış edən Davos İqtisadi Forumu bu il “Ağıllı əsr üçün əməkdaşlıq” imkanlarından maksimum istifadə edərək səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoydu. Təbii ki, birgə səylərin göstərilməsi, təcrübə mübadiləsinin  aparılması ilə istənilən hədəfə yüksək səviyyədə nail olmaq mümkündür.

Vüqar Rəhimzadə qeyd edib ki, hər il ənənəvi keçirilən Dünya İqtisadi Forumu hesabat xarakteri daşıyır. Ötən bir ildə iştirakçı ölkələrin iqtisadi, siyasi həyatında hansı  yeniliklərin baş verdiyi təhlil edilir və hədəflər müəyyənləşdirilir. Forumun mövzusu həmin hədəflər üçün yol xəritəsidir. Azərbaycan hər zaman əməkdaşlığın tərəfdarıdır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə və etimada əsaslandıqda daha uzunömürlü olur.


Telegram kanalımız
Избранный
14
38
yenisabah.az

10Источники