"Alaska Public Media"nın yaydığıməlumata görə,Alyaskadakı Elmendorf-Richardson hərbi bazasında aparılan qazıntılar zamanı təxminən 1000 il əvvələ aid Dene hindu qəbiləsinin gizli anbarı aşkar edilib.
Nəşrin məlumatına görə, arxeoloqlar anbarı yerli tayfaların nümayəndələri, o cümlədən Eklutna qəbiləsinin ağsaqqalları ilə birlikdə açıblar. Onlar gizli saxlanc yerinin yaxınlığındakı ərazidə balıqçı düşərgəsinin olduğunu xatırladıblar.
Tapılan anbar ağcaqayın qabığı ilə örtülübmüş. Mütəxəssislərin fikrincə, denelilər ondan qida məhsulları saxlamaq üçün istifadə ediblər. Arxeoloqlar qeyd ediblər ki, onlar bu maraqlı əraziyə yenidən baş çəkməyi və anbarda saxlanılmış qida növlərini müəyyən etmək üçün qazıntı sahəsinin ətrafındakı torpağı ətraflı araşdırmağı planlaşdırırlar.
Tural Tağıyev
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта