RU

Dövlət katibi USAİD-in maliyyə proqramlarını dondurdu

ABŞ dövlət katibi Marko Rubio ölkədəki bütün diplomatik və konsulluq idarələrinə “Departament və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ya onun vasitəsilə maliyyələşdirilən xarici yardım proqramları üçün bütün yeni maliyyələşdirmə öhdəliklərini dayandırılmasını əmr edib.

Yenisabah.az CBS News-a istinadla xəbər verir ki, bu əmr ABŞ prezidenti Donald Trampın Amerikanın xarici yardımını nəzərdən keçirmək üçün imzaladığı sərəncama uyğundur.

Sərəncam mövcud yardım proqramlarına da təsir edir.

ABŞ dövlət katibi, həmçinin İsrail və Misirə xarici hərbi maliyyə, habelə təcili ərzaq yardımı və “birbaşa işə götürülən ABŞ işçiləri, şəxsi xidmət göstərən podratçılar və yerli işə götürülən işçilər üçün əmək haqqı və əlaqədar inzibati xərclər, o cümlədən səyahətlər” barədə göstəriş verib.


Telegram kanalımız
Избранный
9
22
yenisabah.az

10Источники