ABŞ Dövlət Departamenti ölkənin mövcud xarici yardımlarını 90 gün müddətində müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. “Reuters” agentliyinin xəbərində deyilier ki, bu addım Prezident Donald Trampın verdiyi müvafiq sərəncamın icrası məqsədilə atılıb. Dövlət katibi Marko Rubio tərəfindən təsdiqlənən sənəddə bildirilir ki, mövcud xarici yardımlarla bağlı qərar dərhal həyata keçiriləcək və dövlət katibi nəzərdən keçirənə qədər qüvvədə qalacaq.
Ümumilikdə, Marko Rubio növbəti 85 gün ərzində vəziyyəti nəzərdən keçirdikdən sonra proqramların davam etdirilməsi, dəyişdirilməsi və ya dayandırılması ilə bağlı qərarlar veriləcək. O vaxta qədər Marko Rubio tərəfindən müəyyən istisnalar təsdiq edilə bilər.
Mətləb