RU

“Putin göstərdi ki, tezliklə sülh olmayacaq” - “O, Rusiyanı isə böyük dövlət kimi göstərməyə çalışır”

Vladimir Putinin Rusiya televiziyasına son müsahibəsi Qərbdə birmənalı qarşılanmayıb. Belə ki, Rusiya başçısı ABŞ-nin yeni prezidenti Donald Trampın ünvanına bir neçə müsbət fikir səsləndirsə də, Ukraynaya qarşı işğalçılıq müharibəsinə dair əvvəlkii tələblərinin qüvvədə qaldığını bildirib, əvvəlki yerinə yetirilməsi mümkün olmayan tezisləri təkrarlayıb və Ukraynanın suverenliyini yenə sual altına alıb. Bu da gözlənilən danışıqların effektivliyinə böyük ölçüdə kölgə salır.

“AzPolitika”xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında Putinin son müsahibəsi şərh edilərək qeyd olunub ki, Putin faktiki olaraq Rusiyanın yaxın gələcəkdə Ukraynaya qarşı müharibə ilə bağlı danışıqlarda iştirak etmək ehtimalının az olduğunu deyib.

ISW analitikləri hesab edirlər ki, Putinin əsas mesajı ruslara Ukraynaya qarşı müharibənin davam edəcəyini söyləmək olub.

O, danışıqlarda iştirak etmək ehtimalının az olduğunu bildirib və Ukraynadakı müharibənin onun Qərbə qarşı müharibəsinin sadəcə bir hissəsi olduğuna inandığını təkrarlayıb: “Putin dövlət televiziyasına verdiyi müsahibədən öz ictimaiyyətinə Rusiyanın yaxın gələcəkdə danışıqlar apara bilməyəcəyini və müharibənin tezliklə bitməyəcəyini bildirmək üçün istifadə edib”.

İnstitutun ekspertləri vurğulayıblar ki, Putin bu müsahibə ilə həm də müharibənin bitməsini istəyən Rusiya elitasına təsir etmək niyyətində olub: “Onun mesajı budur ki, tezliklə sülh yolu ilə həll olmayacaq. O, bu bəyanatla bir daha göstərmək istəyib ki, Ukrayna guya Qərbin marionetkasıdır və müharibə böyük güclər arasında qlobal qarşıdurmanın bir hissəsidir. Bundan əlavə, Putin Ukraynada müharibə ilə bağlı danışıqların yalnız ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan aparıla biləcəyi fikrini ifadə edib”.

ISW qeyd edib ki, Putin müsahibə zamanı özünü ABŞ Prezidenti Donald Trampla bərabər, Rusiyanı isə böyük dövlət kimi göstərməyə çalışır. Bu ritorikanın nə ilə nəticələnəcəyi isə bir müdət sonra bəlli olacaq.

“AzPolitika.info”

Избранный
12
50
azpolitika.info

10Источники