ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələrini dayandırıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, dondurulmuş layihələr arasında səhiyyə sahəsində yardımlar, o cümlədən uşaqların peyvənd edilməsi, eləcə də məktəblərə yardımlar var.