Türkiyə Superliqasının XXI turunda gərginlik yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, “Sivasspor” - “Kayserispor” matçında qonaq komandanın futbolçuları arasında münaqişə yaşanıb.
Belə ki, “Kayserispor”un futbolçusu Mikel Kardozo öz komanda yoldaşı Stefan Bahokenə fiziki müdaxilə edib. Nəticədə Kardozo qırmızı vərəqə alıb.
Qeyd edək ki, görüş “Sivasspor”un 5:2 hesablı qələbəsi ilə nəticələnib.