Türkiyənin Konya vilayətində binanın uçması nəticəsində beş nəfər dağıntılar altında qalıb. “Ulusum”.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerliqaya bildirib ki, yaralananların sayı beşə çatıb, onların hamısı Suriya vətəndaşlarıdır. O, həmçinin bildirib ki, üç nəfər artıq dağıntılardan çıxarılıb və sağdır. Hələ də iki suriyalıyı xilas etmək üçün işlər davam edir.Konya şəhərində üçmərtəbəli yaşayış binasının uçması barədə məlumat 24 yanvar axşamı yayılıb. Hadisənin səbəbləri hələlik məlum deyil. Hadisə yerinə xilasetmə işləri aparmaq üçün tez bir zamanda xilasedicilər gəlib.Səidə
Diqqət Çəkənlər
Maltanın prezidenti Roma Papasına "Tecar" adlı terapevtik cihaz hədiyyə edib
Türkiyə Prezidenti Ərdoğan 29 yüksək vəzifəli məmuru vəzifədən azad edib
Türkiyənin Milli müdafiə naziri Hikmət Mirzəyevi qəbul edib