RU

Luvr muzeyi ilə bağlı təklif narazılıq yaratdı

Fransanın Mədəniyyət Nazirliyi Luvr muzeyində diferensial tarif tətbiqi ilə bağlı təklif irəli sürüb.

Publika.az xəbər verir ki, nazirlik muzeyi ziyarət edən qeyri-avropalılar üçün daha böyük qiymət tətbiq etmək istəyir. Məqsəd bu yolla muzeyin təmir və saxlanma xərclərini qarşılamaqdır.

Muzeyi 2024-cü ildə ziyarət edən 8,7 milyon nəfərin 80 faizi əcnəbi olub. Fransa mediasının məlumatına görə, muzey binanın və avadanlıqların köhnəlməsi problemi ilə üzləşib. Su sızması və temperatur rejiminin saxlanmasındakı çətinliklər eksponatların mühafizəsini təhlükə altına alır. Dövlət subsidiyasının ilbəil azalması isə muzeydə bərpa və innovasiya işlərinin ləngiməsinə mane olur.

Избранный
9
1
publika.az

10Источники