“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland komandanın baş məşqçisi Pep Qvardiola haqqında maraqlı açıqlama verib.
Demokratikmusavat.comxəbər verir ki, Haaland ispaniyalı mütəxəssisin bəzən onu əsəbləşdirdiyini deyib:
“Bəli, bəzi qıcıqlandırıcı şeylər var. Bunun səbəbi o, hər şeyin çox təfərrüatına varmasıdır. Məhz bu kiçik detallara olan sevgi onu bir az bezdirici edə bilər. Qvardiola sizə 20 dəfə deyəcək: “Bunu et, bunu et, bunu et”. “Mən bunu edirəm” deyə cavab verməkdən başqa yol yoxdur”.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun rəhbərliyi altında komanda 6 dəfə İngiltərə çempionu və 2022/2023 Çempionlar Liqasının qalibi olub.
Haaland isə 2022-ci ildən “Siti”də çıxış edir. Bu mövsüm o, Mançester klubunda 30 oyun keçirib və 23 qol vurub.(Publika.az)