![Azərbaycan](https://ulusum.az/uploads/posts/2025-01/f83b8681d0_89533cff-1835-374e-a160-51e604e426c8_850-1737831022.webp)
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının ilkin mərhələsinə qələbə ilə başlayıb.“Ulusum”.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşıb.San Marinodakı "Multieventi Sport Domus"da baş tutan görüş millimizin 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.Yığmanın heyətində Hüseyn Cəfərzadə (17), Ədalət Ələkbərov (22, 35) və Rəvan Məsiyev (31) fərqlənib.Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
Diqqət Çəkənlər
ABŞ-da kitabxanadan götürülmüş Ernest Heminqueyin əsəri 56 ildən sonra geri qaytarılıb
Florida sakininin heyvani məhsullarla bəslənməsi sağlamlıq problemlərinə yol açıb
Almaniyada “Sağa qarşı” şüarı altında etiraz aksiyasi keçirilib