![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/27/1/bbd75807-77c3-4009-9849-b739410ae740/hesenaga-memmedov.jpg)
Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov azadlığa buraxılıb.
Yeniavaz.com Gununsesi.info-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Həsənağa Məmmədov açıqlamasında istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib:
“Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi”.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/27/1/93335d26-ad8b-403e-a5a2-b642f816d18e/hesenaga-memmedov.webp)