RU

Tramp Londona müharibə elan etdi: başqa ölkələr də zərər görəcək

ABŞ prezidenti Donald Tramp “rəqəmsal fərmanı” imzalamaqla Londona müharibə elan etdi.

Publika.az xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı Mixail Xazin bildirib.

Onun sözlərinə görə, bu sənədin əsas müddəaları açıq şəkildə göstərir ki, ABŞ-ın yeni prezidenti öz ölkəsində planetin digər dövlətlərinin çıxışı olmayan tamamilə ayrıca maliyyə sistemi yaratmaq istəyir.

Ekspert qeyd edib ki, ən böyük zərbə Londona dəyir: "Məsələ burasındadır ki, kriptovalyuta sistemi vasitəsilə faktiki olaraq bütün dünya iqtisadiyyatına nəzarət etməli olan Beynəlxalq Hesablaşmalar Bankı məhz orada yerləşir".

Xazin iddia edir ki, Tramp öz fərmanı ilə ABŞ-da birbaşa Amerikadan başqa istənilən elektron ödəniş vasitələrindən istifadəni qadağan edib. Bu, maliyyə nəzarəti baxımından Londonun statusunu və imkanlarını kəskin şəkildə azaldır.

Избранный
26
50
publika.az

10Источники