RU

Azərbaycan səfiri Rusiya XİN müavini ilə müzakirələr aparıb

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rəhman Mustafayev Qazaxıstanın Aktau şəhərinin yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər.

Qeyd olunur ki, görüş zamanı xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb.

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - nazirlikdən bildirilib.

Eyni zamanda, Rusiya XİN-in açıqlamasına görə, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar narahatlıq doğurub. Nazirlik səslənən iddiaları dezinformasiya adlandıraraq, ittihamların heç bir əsasının olmadığını qeyd edib.

Избранный
17
50
sitat.info

10Источники