Kolumbiya ABŞ-nin hava yolu ilə deportasiya etdiyi qeyri-qanuni mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsi ilə bağlı yaranan diplomatik böhranın aradan qaldırıldığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo paytaxt Boqotada təşkil edilən mətbuat konfransında açıqlama verib.
“Bu kontekstdə Kolumbiyanın ABŞ-dəkı səfiri Daniel Qarsia Pena və mən yüksək səviyyəli danışıqlar aparmaq və ortaq işin nəticəsi olan razılaşmaları izləmək üçün yaxın günlərdə Vaşinqtona gedəcəyik.Hökumət bəyan edir ki, o, deportasiya edilmiş kolumbiyalıları qəbul etməyə davam edəcək və onlara hüququ olan vətəndaşlar kimi layiqli şəraitə zəmanət verəcək. Kolumbiya öz vətəndaşlarının hüquqlarını, milli maraqlarını və ləyaqətini təmin etmək üçün diplomatik dialoq kanallarını saxlayacaq",- deyə nazir qeyd edib.