RU

"Kilsə bunu Paşinyana bağışlamayacaq, çünki qondarma erməni soyqırımı..." - Sui-qəsd?

Türkiyə-Ermənistan sərhədi açıla bilər.

 

Ermənistan Baş naziri Nikol Paşinyan "erməni soyqırım" iddialarından geri çəkilir. Belə ki, Paşinyan ermənilərin qondarma soyqırımı məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib. O bildirib ki, nəyin baş verdiyini və niyə baş verdiyini anlamaq üçün "erməni soyqırımı"nın tarixinə qayıtmaq lazımdır:

 

"Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu".

 

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə "erməni soyqırımı" iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini demişdi. Bir növ erməni Baş nazir bu məsələnin tarixini Ankaraya problem yaratmaq məqsədilə ortaya atıldığı kimi şərh edir, indi isə Türkiyə ilə münasibətlərin normallaşması üçün bunu araşdırmağın zəruri olduğunu diqqətə çatdırır, dolayısı ilə münasibətlərin normallaşması üçün qardaş ölkənin şərti yerinə yetirilir.  

 

Maraqlıdır, Ermənistanın Türkiyəyə qarşı bu ittihamdan imtina etməsi nə ilə nəticələnə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, İsveçrədə diaspor nümayəndələrinin qarşısında belə bir çıxış etməsi Paşinyanın bu məsələdə kardinal dəyişikliklər etməsinin anonsudur:

 

“Soyqırımıdan imtina etmək kilsənin Paşinyana qarşı hücumlarına rəvac verə bilər. Hətta diasporun bəzi təşkilatlarının və kilsənin Paşinyana sui-qəsd təşkil etməsi mümkündür. Uzun illərdir ki, erməni diasporu və kilsə qondarma soyqırımı ideologiyasi ətrafinda birləşib. Paşinyan soyqırımı iddialarını SSRİ kuluarlarında Türkiyənin NATO-ya üzv olduğu üçün təzyiq vasitəsi kimi yaradıldığını qeyd etdi. Bununla da soyqırımı iddialarının ermənilərin deyil, SSRİ rəhbərliyinin planı olduğunun mesajını vermiş oldu”. 

 

M.Əsədullazadə qeyd etdi ki, Ankaranın şərti ilə Paşinyan qondarma soyqırımı siyasətindən imtina edir:

 

“Paşinyan soyqırımıdan imtina etmək üçün tarixi-siyasi arqumentlər gətirməkdən çəkinmədi. Həmçinin Ermənistan konustitusiyasında Türkiyəyə qarşı ərazi və soyqırımı bəndlərini, dövlət gerbindən Ağrı dağının simvolunu çıxaracaq. Paşinyanın soyqırımı iddialarından geri çəkilməsi 100 illik erməni ideologiyasına böyük zərbədir. Ankara və Yerevan arasında konfidensial danışıqlar Türkiyə və Ermənistan sərhədlərinin açılması ilə nəticələnəcək. Türkiyə prosesi rəsmi Bakı ilə koordinasiya şəkilində davam etdirir. Ermənistan iddialardan geri çəkilir mesajı ilə "sülhü tezləşdirmək istəyirəm" mesajını da verir”.

 

 Firuzə Əliyeva

Избранный
31
10
sfera.az

10Источники