RU

ABŞ Prezidenti Donald Tramp: Yeni süni intellekt layihəsi DeepSeek-i geridə qoyacaq – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp yaxın həftədə Amerika şirkətinin süni intellekt sahəsində Çin layihəsi olan DeepSeek-i üstələyəcək yeni bir layihəni təqdim edəcəyini açıqlayıb. 

Olaylar.az xəbər verir ki, Tramp DeepSeek-in güclü tərəflərini qəbul etdiyini, lakin bu sahədə ABŞ-nin üstünlük əldə edəcəyinə əmin olduğunu bildirib:

"Düşünürəm ki, bu, pis bir şey deyil. Əgər daha ucuzdursa və faydalıdırsa, bizə də xeyir gətirəcək. Amma gələn həftə müxtəlif insanlar DeepSeek-dən üstün həllər elan edəcəklər," - deyə Tramp vurğulayıb.

O, ABŞ-nin texnoloji liderliyini itirməyəcəyinə əmin olduğunu əlavə edib: "Xeyr, biz hər şeydə dominant olacağıq. Biz üstünlük göstərəcəyik."

Digər tərəfdən, Çin layihəsi DeepSeek, 27 yanvar, bazar ertəsi günü kiberhücumlara məruz qaldığını açıqlayıb və bu səbəbdən müvəqqəti olaraq qeydiyyatları məhdudlaşdırıb. DeepSeek-in daha ucuz və zəif çiplərdə rəqiblərindən daha effektiv işləməsi bazarda üstünlük qazanmasına səbəb olub.

Lakin texnologiya sektorunda baş verənlər bir sıra maliyyə bazarlarına təsir göstərib. Nvidia-nın səhmləri son illərin ən pis gününü yaşayaraq 16 mart 2020-ci ildən bəri ən aşağı nöqtəyə düşüb və bazar kapitalizasiyasında 600 milyard dollar itirib. ABŞ-da özəl texnoloji şirkətlərin ümumi dəyəri isə bir gün ərzində 1 trilyon dollardan çox azalıb.

Qeyd edək ki, DeepSeek tətbiqi Apple App Store-un ən yaxşı pulsuz tətbiqlər reytinqində birinci yeri tutub və Google Play-də ən çox yüklənənlərdən biri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
25
olaylar.az

10Источники