İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinliləri qonşu ərəb ölkələrinə köçürmək təklifinə cavab olaraq israillilərin Qrenlandiyaya yerləşdirilməsini təklif edib .
Busaat.az xəbər verir ki, Sky News – a müsahibəsində Əraqçi Trampın bütün regionda qəzəb doğuran təklifini ələ salıb .
“ Mənim təklifim başqadır . Fələstinlilərin əvəzinə israilliləri qovmağa çalışın , onları Qrenlandiyaya aparın ki , bir daşla iki quş vursunlar ” , – deyə Əraqçi bildirib .
Nazir həmçinin ABŞ-ın dəstəyi ilə İsrailin İranın nüvə proqramına qarşı mümkün hücumu ilə bağlı şayiələrə də toxunub .
” Biz açıq şəkildə bildirdik ki , nüvə obyektlərimizə hər hansı hücum dərhal və qətiyyətlə cavablandırılacaq . Amma mən onların bu çılğınlığı edəcəklərini düşünmürəm . Bu , həqiqətən də çılğındır və bütün regionu böyük fəlakətə aparacaq ” , – nazir bildirib .
Onun sözlərinə görə, Tehran Trampın təkliflərini dinləməyə hazırdır. Lakin birinci sazişdə baş verənləri nəzərə alaraq, İranı ABŞ-la başqa bir razılaşma üzrə danışıqlara başlamaq lazım olduğuna inandırmaq üçün bundan çox şey tələb olunacaq.