RU

“Jewish Press” Ərdəbil imamının təxribatçı çıxışından yazıb

İran Azərbaycanın Ermənistan üzərində qələbəsini şəxsi itki kimi qəbul edib və buna görə də Azərbaycana qarşı mövqeyini sərtləşdirib.

Bu barədə tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ABŞ-nin “Jewish Press” nəşrində dərc olunmuş “Bakı ilə Tehran arasında yeni diplomatik münaqişə yaranırmı?” adlı məqaləsində yazıb.

Bildirib ki, İranın Ərdəbil şəhərində Çaldıran döyüşü ilə bağlı keçirilən anım mərasimində moizəçi Qulamrza Quluzadə Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin prezidentlərinə qarşı təhqiramiz ifadələr səsləndirib. Tədbir İranın rəsmi xəbər şəbəkəsində canlı yayımlanıb. Bu da Quluzadənin sözlərinə görə İran hakimiyyətinin məsuliyyət daşımasına şübhələr yaradıb. Quluzadə İranın Qafqazda itirdiyi keçmiş ərazilərini geri alaraq orada şiə bayrağını qaldıracağı kimi fikirlər də söyləyib. 

Tədbirə İranın ali dini lideri Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Ameli də qatılıb. Ameli Azərbaycana qarşı populist və qızışdırıcı bəyanatlar verməsi ilə tanınır. O, çıxışlarının birində Azərbaycana “şirin (İran nəzərdə tutulur) quyruğu ilə oynamamağı” tövsiyə edib. Amelinin rəsmi şəxs olduğuna diqqət çəkən müəllif bu açıqlamaların İranın həqiqi mövqeyini əks etdirdiyi qənaətinə gəlib.

Məqalədə Azərbaycanın cavabının yubanmadığı qeyd olunub. İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı və İran tərəfinə sərt etiraz bildirildiyi, bu cür təxribatlara son qoyulmasının tələb edildiyi göstərilib. Azərbaycan Prezidentinin Ərdəbil imamının Azərbaycan və onunla bağlı səsləndirdiyi ifadələri "təhqir" adlandırdığı, İranı bu məsələyə görə açıq şəkildə üzr istəməyə çağırdığı vurğulanıb. 

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://www.jewishpress.com/blogs/dona-gracia-center/a-new-diplomatic-spat-developing-between-baku-and-tehran/2025/01/20/ 

 

 

 

Избранный
7
8
xalqqazeti.az

10Источники