RU

Elye Vahi Marsel “Olimpik”ini “Ayntraxt”a dəyişdi

Fransanın “Olimpik” (Marsel) klubunun hücumçusu Elye Vahi bundan sonra Frankfurt “Ayntraxt”ının uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bundesliqa klubu bu transfer üçün Liqa 1 təmsilçisinə 26 miylon avro ödəyib. 22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulub.

Elye Vahi Fransanın “Monpelye” klubunun yetirməsidir. O, 2023-cü ilin avqust ayında 30 milyon avro qarşılığında “Monpelye”dən “Lans”a keçib. Marsel “Olimpik”i isə Vahini 2024-cü ilin avqustunda “Lans”dan 26 milyon avroya transfer etmişdi. 22 yaşlı hücumçu Marsel təmsilçisinin heyətində 14 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.

Vahi Fransanın U-16, U-17, U-19, U-20, U-21 və U-23 yığmalarında forma geyinsə də, hələlik, əsas millidə debüt şansı qazanmayıb.

Marsel “Olimpik”inin sol vingeri Entso Sternalı isə “Anderlext”ə satıb. Liqa 1 təmsilçisi bu satışdan 500 min avro qazanıb. 17 yaşlı futbolçu Belçika klubu ilə 2027-ci 30 iyununadək anlaşıb.

“Nansi”nin yetirməsi olan Sternal 2022-ci ildən “Olimpik”in sıralarında idi. O, Marsel klubunun əsas komandasında 2 oyuna çıxıb, fərqlənə bilməyib. Enso Fransanın U-16, U-17 və U-18 yığmalarında da oynayıb.

Elye Vahini heyətinə qatmış “Ayntraxt” da sol vingeri Farid Alidu ilə yollarını ayırıb. 23 yaşlı almaniyalı futbolçu “Kayzerslautern”ə keçib.

Farid Alidu “Hamburq”un yetirməsidir. 2022-ci ildən “Ayntraxt”da çıxış edən alman vinger bu klubun əsas komandasında 21 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Alidu ötən mövsüm “Köln”də, bu mövsümün ilk yarısında isə “Verona”da icarədə olub. O, Almaniyanın U-20 və U-21 yığmalarında da oynayıb.

Избранный
7
14
arena.az

10Источники