RU

İtaliyanın baş nazirinə qarşı istintaq prosesi başladıldı

İtaliyanın baş naziri Corca Meloni və onun kabinetinin bir neçə üzvü barəsində məhkəmə istintaqı başlayıb.

Teleqraf.com "Euronews" agentliyinə istinadən xəbər verir ki, bu barədə Roma prokurorluğunda cinayət işi açılıb.

Məlumata görə, məhkəmə Meloni ilə birlikdə Ədliyyə Naziri Karlo Nordio, Daxili İşlər Naziri Matteo Piantedosi və Nazirlər Şurasının katibi Alfredo Mantovano haqqında da araşdırma aparacaq.

İstintaqa səbəb kimi isə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan Liviyada müharibə cinayətləri törətməkdə ittiham edilən Usamə Əl-Masrinin azadlığa buraxılaraq İtaliyadan ölkəsinə deport edilməsi göstərilib.

Meloni və digərlərinə qarşı cinayətə yardım və dövlət vəsaitindən sui-istifadə ittihamı ilə araşdırma aparılacaq.

Qeyd edək ki, Usamə Əl-Masri İtaliyanın Turin şəhərində saxlanılıb. Daha sonra o, şəxsi təyyarə ilə ölkəsi Liviyaya deportasiya edilib.

İtaliyanın daxili işlər naziri parlamentdəki çıxışında El-Masrinin cəmiyyət üçün təhlükə törətdiyi səbəbiylə deportasiya edildiyini açıqlayıb.


Müəllif: Arzu
Избранный
4
14
teleqraf.com

10Источники