RU

Putin müharibənin başa çatacağı tarixi açıqladı

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin başa çatma tarixini açıqlayıb. O qeyd edib ki, sponsorluq pulları və döyüş sursatları tükənərsə, müharibənin bitməsi bir ay yarımdan iki aya qədər çəkə bilər.

"Cebheinfo.az" bu barədə “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir:

“Pul və geniş mənada patronlar tükənsə, bir ay dayanmayacaqlar". 

O, həmçinin vurğulayıb ki, hazırkı vəziyyətdə Ukraynanın suverenliyi “praktiki olaraq sıfıra endirilib”.

Rusiya Prezidenti, həmçinin bildirib ki, Ukrayna ilə indiki mərhələdə sülh sazişi imzalanması qeyri-legitim olacaq:

"Çünki Volodimir Zelenski qanuni prezident deyil və Rusiya ilə hər hansı danışıqları qadağan edən fərmanı ləğv edə bilməz”.

Putin bildirib ki, Ukraynada prezident seçkiləri qanunauyğun keçirilmədiyi üçün Zelenski ölkə prezidenti deyil. Onun sözlərinə görə, bu, ölkə konstitusiyasında yazılıb.

“Ukrayna konstitusiyasına uyğun olaraq, prezidentin hətta hərbi vəziyyət şəraitində belə səlahiyyətlərini uzatmaq hüququ yoxdur”, - Putin bildirib. 

Onun sözlərinə görə, Kiyev Rusiya Federasiyası ilə danışıqları qadağan edən fərmanı ləğv etmək istəsə, bunun qanuni yolunu tapacaq. "Radanın sədri bunu edə bilər",-deyə Putin bildirib:

"Əks halda, Rusiya ilə Ukrayna arasında danışıqlar qeyri-qanuni olacaq".

Rusiya Prezidenti bildirib ki, Ukrayna tərəfindən heç bir təşəbbüs görmür.

Xəzər

"Cebheinfo.az"

Избранный
19
50
cebheinfo.az

10Источники