23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsi üzrə seçki prosesində heç bir nöqsan qeydə alınmayıb.
Bunu “Report”a açıqlamasında seçki məntəqəsinin sədri Şəhla Əliyeva bildirib.
"Seçicilər bələdiyyə seçkilərində fəal şəkildə iştirak edirlər. Doğrudur, səhər saatlarında seçici fəallığı bir az aşağı idi. Amma hazırda seçicilərin fəallığının artdığı müşahidə olunur. 10:30-a qədər 140 vətəndaş səsvermə hüququndan istifadə edib", - o qeyd edib.
Onun sözlərinə görə, 18 saylı seçki məntəqəsində 34 namizəd mübarizə aparır: "Seçicilər onlardan 19-nu seçə bilərlər. İndiyədək seçki prosesində heç bir problem, nöqsan qeydə alınmayıb".
Ş.Əliyeva deyib ki, seçicilərin evdən səsverməsi ilə bağlı 2 müraciət daxil olub: "Təxminən günorta saatlarında onların ünvanlarına yollanacağıq".
Məntəqədə səsvermə prosesini izləyən müşahidəçi Sevinc Novruzova seçkinin şəffaf şəkildə həyata keçirildiyini vurğulayıb: "İnsanlar öz vətəndaş məsuliyyətini çox gözəl dərk edir və bunu görmək doğrudan da sevindiricidir. Çünki bu da müstəqilliyin bir əlamətidir. Seçicilər bununla seçimlərinə, dövlətimizə güvəndiklərini göstərirlər".