RU

Bütün çətinliklərə baxmayaraq qəzzalılar evlərinə qayıtmağa davam edir

 

İsrailin 471 gün davam edən hücumları nəticəsində məcburi köçkün düşən 376 mindən çox fələstinli Netzarim dəhlizinin bazar ertəsi açılmasından sonra Qəzzanın şimalına qayıtdı.

Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada 27 yanvardan bu yana məcburi köçkün düşən 376 mindən çox fələstinlinin Qəzzanın şimalına keçdiyi bildirildi. “Həmas” ilə əldə edilən və 19 yanvarda qüvvəyə minən atəşkəs razılaşmasına əsasən İsrail bazar ertəsi Netzarim dəhlizini açaraq qaçqın düşən fələstinlilərin Qəzzanın şimalına keçməsinə icazə vermişdi.

Qəzzadakı hökumətin Mətbuat İdarəsinin açıqlamasına görə, İsrail hücumlarının şəhərin şimalının 90 faizini dağıntı altında qoyduğu bildirilib. Ağır dağıntı səbəbindən şimala qayıdan qəzzalılərın böyük hissəsi evləri əvəzinə xarabalıqlarla qarşılaşır. Bütün bu çətinliklərə baxmayaraq torpaqlarını tərk etmək istəmədiklərini bildirən vətəndaşlar cənubdan şimala qayıtmağa davam edir.



Избранный
7
3
trt.net.tr

10Источники