RU

Azərbaycan təyyarı qəzası ilə bağlı istintaqın nəticələrini açıqlayacaq

AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasının nəticələri barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a bildirib.

“Azərbaycanın müvafiq qurumları AZAL-ın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik”.

Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Избранный
5
16
herbiand.az

10Источники