RU

“Bələdiyyə məmurları da daxil olmaqla 19 nəfər həbs edilib”

“Respublika prokurorları və müxtəlif nazirliklərin baş müfəttişləri yanğınla bağlı araşdırmalarını davam etdirirlər”.

Demorkat.az xəbər verirki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xizək kurortundakı hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı danışarkən deyib.

“İlk mərhələdə 9 nəfər saxlanılaraq ifadə verib. Daha sonra istintaq daha da genişləndirilib. Buna görə də onların sayı artıb. Saxlanılanların sayı 28-ə yüksəlib. 19 nəfər həbs olunub. Onların arasında “Grand Kartal” otelinin sahibi, meneceri, otel işçiləri və bəzi yüksək rütbəli bələdiyyə məmurları da var. 7 nəfər haqqında məhkəmə nəzarəti qərarı çıxarılıb”, - Ərdoğan deyib.

Prezident ilkin araşdırmalar nəticəsində otelin yanğını aşkarlama sisteminin işləmədiyini, hadisəyə müdaxilə etmək üçün iş yerində təcili yardım qruplarının olmadığını, iş yerində yanğınsöndürmə sistemlərinin qeyri-kafi olduğunu, otelin təcili çıxış və qapılarının qeyri-kafi olduğunu bildirib.

Избранный
29
22
demokrat.az

10Источники